“Könüllü TƏBİB” layihəsinin tətbiqinə başlanılır

Hit: 155
“Könüllü TƏBİB” layihəsinin tətbiqinə başlanılır
Könüllülərin “Qızıl yaşlar. Sağlam və fəal həyat üçün” 65 yaşdan yuxarı şəxslərin profilaktik tibbi müayinələrinin keçirildiyi tibb müəssisələrinə təhkim olunması nəzərdə tutulub.
 
Könüllülər fəaliyyətə başlamazdan öncə Bakı Baş Səhiyyə Mərkəzində müvafiq olaraq təlimlərə cəlb olunublar. 
 
Təlim zamanı onlara Mərkəzin strukturu, iş fəaliyyəti, tabeli tibb müəssisələri haqqında ətraflı məlumat verilib, həmçinin hədəf kateqoriyalarda olan şəxslərin müayinələri zamanı ünsiyyət və davranış qaydaları izah olunub. 
 
Qeyd olunub ki, könüllülərin əsas vəzifələri təhkim olunduqları tibb müəssisələrində vətəndaşlara dəstək göstərmək, vətəndaş məmnunluğunun qiymətləndirilməsi ilə bağlı sorğular həyata keçirməkdir. 
 
Təlim proqramının müddəti 2 ay nəzərdə tutulub. Proqramın sonunda könüllülərə sertifikat və tövsiyə məktubları təqdim olunacaq.
 
Məlumat üçün bildirək ki, TƏBİB-in dəstəyi, Bakı Baş Səhiyyə Mərkəzinin təşkilatçılığı ilə “Qızıl yaşlar. Sağlam və fəal həyat üçün” şüarı ilə yaşı 65-dən çox olan şəxslərin profilaktik tibbi müayinələri həyata keçirilir. Məqsəd yaşla bağlı risklərin vaxtında aşkarlanması, xəstəliklər aşkar olunduğu hallarda müalicə-sağlamlaşdırma tədbirlərinin erkən başladılması və həyat keyfiyyətinin qorunmasıdır.






Redaktorun seçimi