Könüllü qanvermə aksiyası keçirilib
Respublika Qan Bankının təşəbbüsü ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası təşkil olunub.
Aksiyada Qobustan Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, rayonun idarə və təşkilatlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının və digər güc strukturlarının əməkdaşları, eləcə də rayon sakinləri və könüllü vətəndaşlar fəal iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd qan ehtiyatlarının artırılmasına dəstək vermək, qan və onun komponentlərinə ehtiyacı olan xəstələrin müalicəsinə töhfə vermək, eyni zamanda cəmiyyətdə könüllü və təmənnasız qan donorluğu mədəniyyətinin təşviqinə dəstək olmaqdır.
Qanvermə prosesi Respublika Qan Bankının ixtisaslaşmış tibb heyəti tərəfindən həyata keçirilib. Donorluq üçün müraciət edən şəxslər əvvəlcə tibbi müayinədən keçirilərək sağlamlıq vəziyyətləri qiymətləndirilib, donor olması tibbi cəhətdən uyğun hesab edilən şəxslərdən qan götürülüb.
Qobustan Rayon Mərkəzi Xəstəxanası aksiyanın təşkilinə görə Respublika Qan Bankına, eləcə də bu humanist təşəbbüsə qoşularaq qan verən bütün donor və iştirakçılara təşəkkürünü bildirir.






































































