10 ölkənin mütəxəssisləri Bakıda bir araya gələcək
Tədbirin Təşkilat Komitəsinin sədr müavini Azər Rzayev bildirib ki, 3–4 iyul tarixlərində Azərbaycanda ilk dəfə I Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi – “IHMC Baku 2026” təşkil olunacaq.
Konqresdə ABŞ, Türkiyə, Rusiya, Almaniya, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və digər ölkələr də daxil olmaqla ümumilikdə 10 ölkədən səhiyyə menecmenti üzrə tanınmış mütəxəssislər iştirak edəcək. Xarici məruzəçilər səhiyyə idarəçiliyi sahəsində beynəlxalq təcrübələrini yerli auditoriya ilə bölüşəcəklər.
Tədbirin beynəlxalq sədri Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Dr. Hakan Dinçyürek olacaq.
Konqresdə çıxış edəcək məruzəçilər arasında Türkiyədən Prof. Dilaver Tengilimoğlu, ABŞ-dən PhD Kirstin Hvitfeldt Öztürk, Rusiyadan Prof. Andrey Demin, Almaniyadan Lutz Lungwitz, Qazaxıstandan Dr. Saltanat Mamirbekova, Özbəkistandan Vositkhon Khusanov, Birləşmiş Ərəb Əmirliklərindən MD Anass Moutki və Gürcüstandan MD Natalia Kalandaraşvili kimi nüfuzlu mütəxəssislər yer alır.
İki gün davam edəcək konqres çərçivəsində ilk gün 5 panel üzrə 20, ikinci gün isə 6 master-klass çərçivəsində 25 mövzu müzakirə olunacaq. Proqramda tibbi idarəetmə, səhiyyədə keyfiyyət göstəriciləri, xəstəxanaların maliyyə idarəçiliyi, təchizat, insan resursları, marketinq, pasiyent və həkim hüquqları, eləcə də müasir səhiyyə idarəçiliyinin digər aktual istiqamətləri əhatə ediləcək.
Konqresdə dövlət və özəl səhiyyə sektorunu təmsil edən 200-dən çox təsisçi, rəhbər şəxs, direktor, baş həkim və inzibati şöbə rəhbərinin iştirakı gözlənilir. Tədbirdə müasir idarəetmə prinsipləri, effektiv liderlik yanaşmaları və səhiyyə sahəsində real təcrübələr müzakirə olunacaq.
Təşkilatçılar bildirirlər ki, konqres səhiyyə menecerləri, bu sahədə çalışan və ya gələcəkdə fəaliyyət göstərməyi planlaşdıran bütün şəxslər üçün nəzərdə tutulub.
Konqresdə iştirak etmək istəyənlər www.ihmcongress.com saytına daxil olaraq "Bilet al" bölməsi vasitəsilə uyğun kateqoriya üzrə bilet əldə edə bilərlər.
Qeydiyyat üçün:
//ebiletstore.com/event/international-health-managemant-congress
Vəya saytlarına daxil olaraq qeydiyyatdan keçə bilərlər: www.ihmcongress.com
Tarix və saat: 3-4.iyul.2026 / 09:00-19:00
Məkan: Boulevard Marriott Hotel
Əlaqə üçün:
+994507001535 – Azər Rzayev (Təşkilat komitəsinin sədr müavini)
+994555196020 – Zülfiyyə Əliyeva (Təşkilat komitəsinin sədr müavini)








































































