Eymur və Şordəhnə kəndlərində səyyar tibbi müayinələr həyata keçirilib
Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssislərindən ibarət səyyar briqadası tərəfindən Eymur və Şordəhnə kəndlərində növbəti səyyar tibbi müayinələr təşkil olunub.
Keçirilən müayinələr çərçivəsində 26 uşaq və 63 böyük olmaqla ümumilikdə 89 nəfər kənd sakini tibbi müayinədən keçirilib, vətəndaşlara 138 tibbi xidmət göstərilib.
Müayinələr zamanı sakinlərin ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, xroniki xəstəliklər və risk faktorları üzrə ilkin tibbi baxış aparılıb. Uşaqların peyvəndləmə vəziyyəti yoxlanılıb, qeydiyyatsız hamilələr aşkar olunaraq nəzarətə götürülüb.
Eyni zamanda, kənd sakinlərinə profilaktik tədbirlər və mövsümi xəstəliklərdən qorunma yolları barədə maarifləndirici məlumatlar təqdim olunub








































































