Anar Bayramov Şuşa şəhərində vətəndaşları qəbul edib
TƏBİB-in İcraçı direktoru Anar Bayramov Şuşa Müalicə-Sağlamlıq Mərkəzində Şuşa şəhəri, Laçın, Xocalı və Ağdərə rayonlarının sakinlərini qəbul edib.
Qəbul zamanı vətəndaşlar müayinə-müalicə, iş, əmək münasibətləri və s. ilə bağlı müraciət edib. Hər bir müraciət diqqətlə dinlənilib, bir sıra məsələlər yerində həll olunub.
Araşdırma tələb olunan digər müraciətlərin qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq göstərişlər verilib.
Vətəndaş qəbulundan sonra İcraçı direktor tibb müəssisəsindəki şöbələrin şəraiti və göstərilən tibbi xidmətlərlə tanış olub, pasiyent məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tapşırıqlarını verib.







































































