Nazirlik XƏBƏRDARLIQ ETDİ: - “Əjdaha nəfəsi” yeməyin
Ağızdan və burundan ağ tüstünün çıxmasına səbəb olan, əyləncəli olduğu üçün uşaqların geniş istifadə etdiyi “əjdaha nəfəsi” kimi tanınan maye azot tərkibli qəlyanaltılar azyaşlılar və yeniyetmələrin sağlamlığına ciddi təhlükə yaradır.
Ölkə.az xəbər verir ki, bununla bağlı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi xəbərdarlıq yayıb.
Qurum yay aylarında dondurma və popkornla birlikdə satılan “əjdaha nəfəsi”ni almamağa çağırıb:
Nazirliyin məlumatına görə, “əjdaha nəfəsi” ağıza, boğaza və həzm sisteminə ciddi zərər verə bilər: Bildirilib ki, “əjdaha nəfəsi” ağız boşluğunda və dildə yanıqlar yaradır, dişləri çürüdür, boğaz və tənəffüs yollarının zədələnməsinə səbəb olur. Nazirlik bütün bunlara görə, insnaları bu cür məhsullardan uzaq durmağa çağrıb.
“Əjdaha nəfəsi” nədir? Niyə buxar əmələ gətirir?
“Əjdaha nəfəsi”nin buxar əmələ gətirməsinin səbəbi maye azotdur. Atmosferin 78%-ni təşkil edən azot qazı, xüsusi çənlərdə yüksək təzyiq altında maye azot kimi mayeləşdirilir. Duzlu və ya şirin qəlyanaltıların üzərinə tökülür və buxar buraxılır. “Əjdaha nəfəsi”ni təklif edən müəssisələr süfrəyə verməzdən əvvəl bezelərin üzərinə maye azot tökürlər. Maye azot təzyiqsiz mühitdə tez buxarlandığı üçün “əjdaha nəfəsi” 4-5 dəqiqə ərzində istehlak edilməlidir.
“Əjdaha nəfəsi” niyə bu qədər təhlükəlidir?
Mütəxəssislər bildirirlər ki, qəlyanaltılarla birlikdə verilən maye azot -196 dərəcə selsi temperaturundadır və hava ilə təmasda olduqda buxarlanmağa başlayır. Onlar valideynlərə xəbərdarlıq edirlər ki, əgər bu maye azot tamamilə buxarlanmadan bağırsaqlara və mədəyə çatarsa, bağırsaqlarda genişlənməsi şiddətli qarın ağrısına və hətta bağırsaq perforasiyasına səbəb ola bilər. Bundan əlavə, mütəxəssislər bunun bakteriyaların bağırsaq yolu vasitəsilə qan dövranına daxil olmasına və sepsis adlanan çox ciddi infeksiyalara səbəb ola biləcəyini qeyd edirlər. Onlar həmçinin qeyd edirlər ki, bu, xüsusilə allergiyası olan insanlarda allergiyaya səbəb ola bilər və astma tutmalarına, ürtikerlərə və ağızda və qida borusunda şiddətli soyuq yanıqlara səbəb ola bilər. Mütəxəssislər valideynlərə xəbərdarlıq edirlər ki, “əjdaha nəfəsi” heç vaxt istifadə edilməməli və ya istehlak edilməməlidir, çünki bu, ölümcül sağlamlıq problemlərinə səbəb ola bilər.




































































