Salyan Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçılar üçün təlim keçirilib

Hit: 167
Salyan Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçılar üçün təlim keçirilib
Salyan Rayon Mərkəzi Xəstəxanasında "E-TƏBİB xəstə qeydiyyatının səmərəli aparılması və növbənin düzgün idarə edilməsi" mövzusunda təlim təşkil olunub. 
Xəstəxananın müxtəlif şöbələrində çalışan qeydiyyatçıların iştirak etdiyi təlimdə elektron sistem üzərindən pasiyentlərin qeydə alınması və növbəliliyin düzgün tənzimlənməsi qaydaları izah edilib. 
 
Təlimdə Keyfiyyətə Nəzarətin İdarə olunması Komitəsinin məsul şəxsi Yusif Muradov və Xəstə xidmətləri şöbəsinin müdiri Nərgiz Əzizbəyli çıxış ediblər. Təlimçilər hər bir vətəndaş müraciətinin elektron sistemdə qeyd olunmasının, digər tibb müəssisələrindən gələn e-göndərişlərin TƏBİB portalında düzgün aktivləşdirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin pasiyentlərin sığorta statusunun (imtiyazlı şəxslər, qazilər, şəhid ailələri və s.) FİN kod vasitəsilə dəqiq yoxlanılması mexanizmi də diqqətə çatdırılıb.
 
Təlim iştirakçılarına elektron növbə sistemində yarana biləcək gecikmələr zamanı (sistemin donması, həkimin təcili çağırılması və s.) kütləvi gərginliyin qarşısının alınması və bu prosesdə qeydiyyatçıların üzərinə düşən başlıca vəzifələrdən də bəhs edilib.
 
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.






Redaktorun seçimi