Respublika Klinik Xəstəxanasında maarifləndirici təlim
Respublika Klinik Xəstəxanasında Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının iştirakı ilə yanğın təhlükəsizliyi üzrə maarifləndirici təlim keçirilib.
Təlim zamanı baş verə biləcək fövqəladə hallar – yanğın, zəlzələ və qısaqapanma halları ilə bağlı videosujetlər nümayiş etdirilib, iştirakçılara bu hallarda davranış qaydaları barədə ətraflı təlimatlar verilib.
Tədbirdə DYNX-nın Təbliğat şöbəsinin baş məsləhətçisi Nizami Fərəcov və FHN-in DYNX-nın 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru, daxili xidmət mayoru Kamil Ağayarov iştirak edib.
Təlimin əsas məqsədi fövqəladə hallarda düzgün və operativ davranış vərdişlərinin formalaşdırılması, həmçinin təhlükəsizliyin gücləndirilməsi olub.












































































