Yuxusuzluğun səbəbi bu ola bilər
Bəzi insanlar nə qədər yorğun olsalar da, yuxuya getməkdə çətinlik çəkirlər. Yuxusuzluğun yaranmasında müxtəlif amillər rol oynasa da, ən çox rast gəlinən səbəblərdən biri həddindən artıq stresdir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, düzgün qidalanma rejimi keyfiyyətli yuxunun təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, axşam saatlarında bir fincan çobanyastığı çayı içmək yuxuya getməyi asanlaşdıra bilər. Çayın yanında bir neçə ədəd qoz və ya badam yemək də faydalıdır. Bu qidalar orqanizmdə yuxu hormonu hesab olunan melatonini stimullaşdırmağa dəstək olur.
Mütəxəssis vurğulayır ki, yatmazdan ən azı 4 saat əvvəl kofeinli içkilərdən və ağır qidalardan uzaq durmaq lazımdır. Bu qaydaya əməl etmək daha rahat və keyfiyyətli yuxuya şərait yarada bilər.
Ətraflı: https://www.youtube.com/shorts/g6a-OUigHbk









































































