Acı bibər arıqladır

Yeməklərə əlavə olunan acı bibərin metabolizmanı təxminən 5% sürətləndirdiyi sübut olunub.
Axşam.az xəbər verir ki, Pensilvaniya Dövlət Universitetinin professorları bununla bağlı araşdırma edib. Tədqiqatçılar müəyyən ediblər ki, yeməklərin acılığı artdıqca yemək sürəti azalır və insan daha az yeyir.
Sevdiyiniz dadı dəyişdirmədən yeməyə kifayət qədər acı bibər əlavə etmək daha az yeməyinizə səbəb ola bilər.
Acı bibərin tərkibində onu acı edən kapsaisin adlı maddə var. Bu maddə orqanizmdə istilik istehsalını artıraraq metabolizmanı sürətləndirir. Kapsaisin bədən istiliyini artırır, metabolizmanı sürətləndirir və kalori yandırmanı sürətləndirir.
Araşdırmalara görə, acı bibər metabolizmanı 5%-ə qədər sürətləndirə bilir. Ədviyyatlı yeməklərlə qidalanan insanlar gün ərzində daha az yeməyə meyilli olur.
Bəzi araşdırmalar kapsaisinin beyində aclıq və toxluq hissini idarə edən hipotalamus bölgəsinə təsir etdiyini göstərir. Ürək sağlamlığına da faydası var. Harvard Universitetinin alimləri bildirirlər ki, müntəzəm olaraq acı bibər yeyən şəxslərin ürək xəstəliklərindən ölüm riski daha aşağıdır. Hətta demək olar ki, hər gün acı yeyənlərin ölüm riski, həftədə bir dəfə yeyənlərlə müqayisədə 14% azdır. Lakin bu faydalarla yanaşı, istifadə miqdarına diqqət yetirilməlidir. Acı bibərlər çox vaxt yüksək yağlı, kalorili yeməklərlə birgə istehlak olunur. Bu isə acı bibər yeyənlərin tez-tez yüksək kalorili yeməklərlə də qidalanması deməkdir.


