Radiasiyadan qorunmanın - YOLLARI

Müasir dövrdə texnologiyanın təsiri ilə gündəlik həyatımızda daimi şəkildə radiasiyaya məruz qalırıq. Həkimlərin diqqətindən yayınsa da, qidalarla alınan antioksidantların bu təsirdən qoruma gücü sübut olunub.
Pravda.az bildirir ki, xüsusilə polifenol və vitamin A, C, E kimi maddələr, həmçinin yaşıl çay, sarıkök, sarımsaq, zəncəfil kimi qidalar radyasiyadan qoruyucu təsirə malikdir. Resveratrol və genistein adlı maddələr də hüceyrələri və DNA-nı qoruma qabiliyyəti ilə seçilir.
Bununla yanaşı gündəlik həyatda mobil telefonların az istifadəsi, simsiz cihazlardan uzaq durmaq, qulaklıqla danışmaq və cihazları istifadə edilmədiyi zaman söndürmək tövsiyə olunur.
Çinko və digər minerallar da orqanizmin radiasiyaya qarşı müqavimətini artırmaqda mühüm rol oynayır.


