ATU-da buraxılış imtahanları yeni formatda keçirilir

Hit: 198
ATU-da buraxılış imtahanları yeni formatda keçirilir
Azərbaycan Tibb Universitetində bakalavr pilləsi üzrə buraxılış imtahanları keçirilib
 
Ötən illərdən fərqli olaraq bu il yeni imtahan formatı tətbiq olunub. ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov imtahan prosesinə nazarət edib və mühüm yeniliklər haqqında fikrirlərini bölüşüb.
 
Prorektor bildirib ki, Azərbaycan Tibb Universitetinin Elmi Şurasının qərarına əsasən, bu il İctimai səhiyyə, Əczaçılıq və Stomatologiya fakültələrində buraxılış imtahanları yeni formatda keçirilir. Belə ki, imtahanlar iki mərhələdə üç qiymətləndirmə yolu ilə aparılır. Tələbələr ilk gündə nəzəri və praktiki biliklər üzrə imtahan verirlər. İkinçı gün isə imtahanlar OSKİ formatında keçirilir.
 
“İmtahanlar hər fakültənin xüsusiyyətlərini nəzərə alaraq təşkil olunub. Yeni format sayəsində tələbə öz kommunikasiya bacarıqlarını nümayiş etdirir, müəllimlə bir başa əlaqə qurur, fikrini şifahi ifadə edir. Beş sualı cavablandırmaq üçün beş müəllim cəlb olunur. Bu gün üç fakültədə keçirilən imtahanların gedişatı ilə tanış oldum. Fakültələrin rəhbərliyi, müəllimlər və tələbələr imtahanların təşkilindən razı qaldığını bildiriblər”, - professor Nazim Pənahov vurğulayıb.








Redaktorun seçimi