TƏBİB və “Novo Nordisk” MMC-nin Azərbaycan nümayəndəliyi arasında görüş keçirilib

Hit: 270
TƏBİB və “Novo Nordisk” MMC-nin Azərbaycan nümayəndəliyi arasında görüş keçirilib
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və “Novo Nordisk” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin yeni təyin olunan ölkə üzrə meneceri Şule Erdim Ersoy arasında görüş keçirilib.  
 
Görüşdə, TƏBİB tərəfindən, həmçinin Beynəlxalq əlaqələr departamentinin müdiri Fidan Mahmudova, Dövlət proqramları şöbəsinin müdiri Səkinə Qurbanova, İnnovasiya və Təchizat Mərkəzi direktorunun müavini Rəşidə Abdullayeva, “Novo Nordisk” MMC tərəfdən isə Tibbi və tənzimləyici məsələlər üzrə rəhbər Kəmalə Rəhimova, Bazara giriş, ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə menecer Əsmər Kərimli, Kommersiya və strategiya departamentinin rəhbəri Nərgiz Namazova iştirak edib.
Görüş zamanı İcraçı direktorun müavini Araz Nəsirov TƏBİB-in fəaliyyət istiqamətləri haqqında məlumat verib,  əməkdaşlıq perspektivləri və zəruri məsələlər barədə danışıb. 
 
“Novo Nordisk” MMC-nin Azərbaycan nümayəndəliyinin yeni təyin olunan ölkə üzrə meneceri Ş.E.Ersoy TƏBİB-lə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb, gələcək perspektivlərin əhəmiyyətini xüsusi vurğulayıb.  
 
Görüşdə TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Novo Nordisk” MMC-nin Azərbaycan nümayəndəliyi arasında imzalanmış Çərçivə Anlaşma Memorandumuna əsasən birgə layihələrin icrası da müzakirə edilib.








Redaktorun seçimi