ATU-da təqaüd proqramlarına həsr olunmuş görüş keçirilib

Hit: 182
ATU-da təqaüd proqramlarına həsr olunmuş görüş keçirilib
Azərbaycan Tibb Universitetində Alman Akademik Mübadilə Xidməti – DAAD-ın təqaüd proqramlarına həsr olunmuş məlumatlandırma görüşü keçirilib.
 
DAAD proqramının ATU üzrə əlaqələndiricisi (koordinatoru), Patoloji fiziologiya kafedrasının dosenti Sevinc Pənahova çıxış edərək, DAAD-ın Tbilisi regional ofisinin rəhbəri cənab Gebhard Reul və regional koordinator Sevər Qarayevanı təqdim edib və mübadilə proqramlarının beynəlxalq elmi tədqiqatların aparılmasında əhəmiyyətini vurğulayıb.
 
Tədbir zamanı Gebhard Reul və Sevər Qarayeva Almaniya təhsil sistemindən və tədqiqat imkanlarından, 100-illik tarixi olan DAAD-ın inkişaf yolundan danışıblar. Proqramda iştirak etmək üçün qaydalar, şərtlər, seçimin aparılması, müraciətlərin vaxtı (deadline), dil biliklərinə dair tələblər ətraflı izah olunub.
 
Qeyd olunub ki, Almaniyada 2,9 milyon tələbə var, onlardan 375000-i əcnəbi tələbələrdir. Almaniya əcnəbi tələbələr üçün təhsil almaq imkanlarına görə dünyada ilk beş ölkə arasındadır.
 
Çıxışlardan sonra sual-cavab sessiyası keçirilib və mövzu ətrafında müzakirələr aparılıb.








Redaktorun seçimi