“Yeniliklərdən Geri Qalma”

Tibb sahəsində aktual elmi yeniliklərin müzakirə olunduğu növbəti “Yeniliklərdən Geri Qalma” adlı həftəlik elmi toplantı baş tutub.
Azərbaycan Daxili Xəstəliklər Dərnəyi, TƏBİB Akademiyasının dəstəyi və Yeni Klinikanın Terapiya şöbəsinin təşəbbüsü ilə baş tutan toplantının moderatorluğunu həkim-terapevt Xəyalə Kərimova və həkim-infeksionist Səxavət Xəlilli həyata keçiriblər.
Toplantı çərçivəsində klinik praktikaya yönəlik önəmli mövzular ətrafında müzakirələr aparılıb, iştirakçılar tibb elminin ən son nailiyyətləri ilə tanış olublar.
Tədbirdə çıxış edən həkim-rezidentlər Könül Əliyeva və Misri Qasımova beynəlxalq elmi jurnallarda dərc olunmuş və geniş ictimaiyyətin birbaşa çıxış imkanının məhdud olduğu elmi məqalələri iştirakçılarla bölüşərək önəmli məlumatlar təqdim ediblər.


