Xeyriyyə aksiyasında 65 jurnalist müayinədən keçib

Hit: 283
Xeyriyyə aksiyasında 65 jurnalist müayinədən keçib
Xəbər verdiyimiz kimi, “Modern” Media Qrupu ilə Azərbaycan Tibb Universitetinin ortaq sosial layihəsi çərçivəsində jurnalistlər üçün ödənişsiz göz əməliyyatı təşkil olunur. 
Azərbaycan oftalmologiyasının görkəmli nümayəndəsi akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində bu xeyriyyə aksiyası davam etdirilib.
 
Aksiya zamanı 65 jurnalist müayinələrdən keçirilib. Onların 10-a yaxını üzərində ATU-nun Tədris Cərrahiyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov və dosent Hafiz Qəhrəmanov tərəfindən müxtəlif göz əməliyyatları icra edilıb.
 
Sosial layihə çərçivəsində media nümayəndələri üçün aksiyanın ikinci hissəsi mayın 10-da aparılacaq. 
 
Xatırladaq ki, tanınmış oftalmoloq Qurban İsmayılov mütəmadi olaraq ödənişsiz aksiyalar həyata keçirir ki, bu sırada şəhid ailə üzvləri, qazilər və müharibə veteranları xüsusi yer tutur.
 








Redaktorun seçimi