Alimlərimiz beynəlxalq konqresdə çıxış edib

Hit: 131
Alimlərimiz beynəlxalq konqresdə çıxış edib
Aprelin 16-17-də Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində Murat Kariyev adına Türkmənistan Dövlət Tibb Universitetində (TDTU) I Beynəlxalq Tibb Konqresi keçirilib
 
Konqresdə Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqatların İdarə Olunması Departamentinin şöbə müdiri, tibb elmləri doktoru Müşviq Həsənov və ATU-nun Uşaq cərrahiyyəsi kafedrasının müdiri, professor Ramiz Poluxov iştirak ediblər. Tədbirin rəsmi açılış mərasimində M.Həsənov çıxış edərək, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından tədbir iştirakçılarını salamlayıb.
 
Sonra əməkdaşlarımız plenar iclaslarda elmi məruzələr oxuyub, verilən sualları ətraflı şəkildə cavablandırıblar.
 
TDTU-nun rektoru, professor Nargözəl Muratnəzərova çıxışı zamanı azərbaycanlı alimlərin tədbirdə iştirakına şərait yaratdığına görə, ATU-nun rektoru, professor G.Gəraybəyliyə xüsusi minnətdarlığını bildirib.
 
Konqresin sonunda əməkdaşlarımız xüsusi mükafata layiq görülüblər.








Redaktorun seçimi