Yorğun hiss etsəniz, bunları yeyin

Hit: 309
Yorğun hiss etsəniz, bunları yeyin
Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi, dırnaq qırılması, başgicəllənməsi varsa, həkimə müraciət etməniz məsləhətdir.
 
Əsasən A və B qrup vitaminləri, dəmir çatışmazlığında  bu hallar baş verir. Bəs, bunu necə aradan qaldırmaq olar?
 
Günlük menyununuzda təzə və mövsümi meyvə-tərəvəzlərə üstünlük verin.
 
Bundan əlavə yumurta, mal əti, spanaq, paxlalı bitkilər, bəkməz dəmirlə zəngin olduğundan müalicədə köməkçi vasitə kimi istifadə edilə bilər.








Redaktorun seçimi