Liv Bona Dea Hospitalından nümunəvi addım - FOTOLAR

Liv Bona Dea Hospital Qocalar Evinin Sakinlərini Ödənişsiz Kardioloji Müayinədən Keçirib!
Liv Bona Dea Hospitalın peşəkar həkimləri 1 oktyabr ahıllar günü ilə əlaqədar qocalar evində yaşayan sakinlər üçün ödənişsiz kardioloji müayinələr həyata keçiriblər. Müayinə əsnasında ürək-damar sisteminin vəziyyəti, qan təzyiqi, ürək ritmi və yaşa bağlı risk faktorları diqqətlə araşdırılaraq, onların sağlamlığını qorumaq və ürək xəstəliklərinin qarşısını almaq üçün vacib tədbirlər görülüb.
Liv Bona Dea Hospital olaraq cəmiyyətin yaşlı üzvlərinə dəstək olmaq və onların sağlamlıq problemlərini erkən aşkar edərək həyat keyfiyyətlərini artırmaq bizim əsas məqsədlərimizdən biridir.


