Səhər yeməyi yeyən uşaqlar daha xoşbəxtdir
Səhər yeməyi gözəl bir günün açarı ola bilər. 42 ölkədən 155 mindən çox uşağın məlumatlarını araşdıran mütəxəssislər bildirib ki, səhər yeməyi vacibdir.
Axşam.az xəbər verir ki, səhər yeməyi yeməyən uşaqlar günboyu əzgin, bikef olurlar. Yeni qlobal araşdırma, ən vacib yemək olan səhər yeməyini atlamanın uşaqların həyat məmnunluğuna təsirini ortaya çıxarıb. Araşdırmada 42 ölkədən 155 mindən çox uşağın məlumatları yer alıb.
Alimlər 2017-2018-ci illərdə məktəbə gedən və ölkə üzrə təmsil olunan nümunələri özündə əks etdirən Məktəbyaşlı Uşaqlarda Sağlamlıq Davranışı adlı tədqiqatın məlumatlarından istifadə ediblər. 10-17 yaş arası tələbələrin iştirak etdiyi araşdırmada uşaqlar həyatdan məmnunluq səviyyələrini özləri bildiriblər. Alimlər müəyyən ediblər ki, hər gün səhər yeməyi yeməklə uşaqların xoşbəxtliyi arasında demək olar ki, xətti əlaqə var.
Tədqiqatlar göstərir ki, səhər yeməyi yeməyən yeniyetmələrin əhval-ruhiyyəsi aşağıdır, həmçinin narahatlıq, stress və depressiya səviyyəsi daha yüksəkdir. Birləşmiş Krallıqdakı universitetlər tədqiqatçıların fikrincə, bu tapıntıların səbəbi düzgün səhər yeməyinin beynin səmərəli işləməsi üçün lazım olan qida və enerji ilə təmin edilməsi ola bilər.