Qobustan Rayon Mərkəzi Xəstəxanasında travmatoloji əməliyyatlar davam edir
Tibb müəssisəsinə müraciət edən Qobustan şəhər sakini 2009-cu il təvəllüdlü pasiyentə dirsək sümüyünün sınığı diaqnozu qoyulub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin üzərində dirsək sümüyünün osteosintezi əməliyyatı icra olunub.
Əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.
Əməliyyat xəstəxananın həkim-travmotoloq-ortopedi Elcan Mirzəzadə, həkim-ümumi-cərrah Yunis Həsənli və həkim-anestezioloq və reanimatoloq Orxan Məmmədli tərəfindən həyata keçirilib.
Əməliyyatdan sonra pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir. Pasiyentin vəziyyəti stabil qiymətləndirilir.