Yeni Klinikada Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib - FOTOLAR

Hit: 477
Yeni Klinikada Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib - FOTOLAR
Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Yeni Klinikanın birgə təşkilatçılığı ilə 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. 
 
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
 
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin, o cümlədən pandemiya və Vətən müharibəsi dövründə şəhid olmuş tibb işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda tibb sahəsinin inkişafındakı xidmətlərinə dair videoçarx nümayiş olunub.
 
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müşaviri Səkinə Sadıxova, Yeni Klinikanın direktoru Barat Yusubov çıxış ediblər.
 
Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-sinin ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edildiyini bildirərək böyük inkişaf yolu keçmiş Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlərin respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaratdığını qeyd ediblər.
 
Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlərin böyük razılıq və rəğbət doğurduğu diqqətə çatdırılıb. 
 
Yeni növ koronavirus pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstərdikləri qeyd edilib. 
 
Sonda TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini Pərvin Əkbərov, Terapiya şöbəsinin müdiri Dilman Əhmədov və Yeni Klinika əməkdaşları təltif edilib. Həmçinin bu il yubiley yaşında və Yeni Azərbaycan Partiyasının veteran üzvü olan 60-dək tibb işçisi mükafatlandırılıb. 
1
1
1
1
1
1
1








Redaktorun seçimi