Ürək haqqında ümumi yanlış təsəvvürlər - Araşdırma

Hit: 899
Ürək haqqında ümumi yanlış təsəvvürlər - Araşdırma
Ürək-damar sağlamlığı ilə bağlı milyonlarla məlumatlar mövcuddur. Ürək haqqında ümumi bilmədiyimiz yanlış təsəvvürlərimiz var.
 
AZƏRTAC Türkiyə mediasına istinadla professor Gürkan Karacanın mövzu ilə bağlı araşdırmasını təqdim edir.
 
Hər sol qol ağrısı infarkt sayılırmı?
 
Sol qoldakı ağrıların əsas səbəbi adətən əzələ ağrısı və sinir sıxılmasıdır. Buna görə də narahat olmağa dəyməz, xüsusən də gün ərzində sol əli və ya qolu istifadə edərək gündəlik işlər edilirsə, həmin ağrının səbəbi adətən ürək deyil. Ancaq aşağıdakı hallarda dərhal tibbi yardım axtarmaq lazımdır: Qoldakı ağrı, hətta qol istirahətdə olsa belə bir neçə dəqiqə ərzində həmin ağrı güclənir; Sinə içində təzyiq, sıxma, dolğunluq və ağrı kimi tədricən artan narahatlıq; Fasiləvi narahatlıq - sinədə ağrı gəlir və sonra gedir; Nəfəs darlığı və ya nəfəs almaqda çətinlik; Tez-tez həzm pozğunluğu ilə əlaqəli əlamətlər və ya simptomlar; Soyuq tərin qəfil başlaması; Qızarmaq; Başgicəllənmə; Qusma və ya ürəkbulanma.
 
Sol üstə yatmaq ürəyi sıxırmı?
 
Ürək xəstəliyimiz varsa, sol tərəfdə yatmaqdan qaçınmaq istəyə bilərik. Düşünülür ki, bu tərəfdə yatmaq ürəyi sinədə yerləşdirə bilər və onun fəaliyyətini dəyişə bilər. Bu təsirin narahatlıq doğuracaq qədər böyük olub-olmadığı hələ aydın deyil. Son araşdırmalarda sol tərəfində yatan insanlar vektor kardioqrafiya görüntüləmə texnikası ilə tədqiq edildikdə, onun fəaliyyətindəki dəyişikliklər yuxu zamanı sol tərəfində yatan fərdlərin ürəyində yerdəyişmə və fırlanma ilə əlaqələndirilib. Ancaq sol tərəfdə yatmaq ürəyin fəaliyyətini dəyişdirə bilər.
 
COVID peyvəndləri infarkt riskini artırıbmı?
 
COVID-19 peyvəndi etdirmiş insanların infarkt və insult da daxil olmaqla virusun yaratdığı digər ciddi ürək ağırlaşmaları riskinin daha az olduğu bildirilir. 10 milyon peyvənd edilmiş və 10 milyon peyvənd edilməmiş insanın məlumatlarını təhlil edən yeni bir araşdırma göstərir ki, peyvənd olunmaq kəskin (30 gün) və yarımkəskin (30-365 gün) sonra ürək çatışmazlığı və tromboemboliya adlandırdığımız laxtalanma riskini əhəmiyyətli dərəcədə azaldır.
 
Ürək xəstələri idman edə bilərmi?
 
Bu poliklinikada ən çox verilən suallardan biridir. Əsasən, ürək xəstələri idman etməlidirlər. Bununla belə, əlbəttə ki, ürək müayinəsindən sonra hansı növ idman edə biləcəkləri barədə kardioloqları ilə danışmalıdırlar. Qan təzyiqinə nəzarəti olmayan (sistolik qan təzyiqi 160-dan yuxarı) insanlar təzyiqləri nəzarət altına alınana qədər yüksək intensivlikli idmanla məşğul olmamalıdırlar. Şiddətli aorta stenozu olanlar yarışmamalı və ya orta dərəcədə intensiv istirahət idmanı ilə məşğul olmamalıdırlar.
 
Asqırarkən ürək dayanırmı?
 
Dəfələrlə asqıranlar nə etməlidir? Ürək sürətini idarə edən elektrik siqnalları asqırdığımız zaman baş verən fizioloji dəyişikliklərdən təsirlənmir.
 
Ürək xəstələri ət və yumurta yeyə bilərmi?
 
İnsan bədəni özü bir yumurtada təxminən 3 dəfə xolesterol istehsal edir. Xolesterolu yüksək olsa belə, bu şəxslər gündə 1-2 yumurta yeyə bilərlər. Bununla belə, pəhrizdə xolesterolla zəngin olan digər qidalar da nəzarət altında saxlanılmalıdır. Biz cəmiyyət olaraq pendiri çox sevirik. İllərdir xolesterolun günahkarı yumurta kimi görünür, bəs sizin pendir istehlak səviyyəniz necədir? Xolesterolun başqa bir günahkarı “qırmızı ət”dir. Ət təbiətdəki ən yüksək keyfiyyətli protein mənbələrindən biridir. Lakin biz taxıl yemi ilə bəslənən heyvanların ətini deyil, təbii mühitdə otarılan heyvanların ətini tövsiyə edirik. Harvard Universitetində aparılan yeni bir araşdırma, zülal ehtiyaclarını ət və süd məhsullarından qarşılayan qadınların yaşlandıqca sağlam qalma ehtimalının 6 faiz azaldığını göstərib. Bununla belə, daha çox bitki mənşəli zülal qəbul edən qadınların sağlam qocalma nisbətinin 46 faiz daha yüksək olduğu müəyyən edilib. Həftədə ən çox 2 gün qırmızı ət, həftədə ən az 2 gün yağlı balıq, həftədə ən az 2 gün paxlalılar və digər bitki mənşəli protein qaynaqlarını istehlak etməyə diqqət edilməlidir.
 
Xolesterol yalnız kilolu və orta yaşlı insanlarda olur?
 
Kilolu insanlarda yüksək xolesterol olma ehtimalı daha yüksəkdir, lakin çəkisi az olan insanlar da bundan təsirlənə bilər. Çəki, fiziki fəaliyyət və pəhrizdən asılı olmayaraq, xolesterol mütəmadi olaraq yoxlanılmalıdır. “Orta yaşa qədər xolesterinin yoxlanılmasına ehtiyac yoxdur” - bu, yanlış bir fikirdir. Amerika Ürək Dərnəyi 20 və daha çox yaşda olan bütün yetkinlərin risk aşağı qaldığı müddətcə hər dörd-altı ildən bir xolesterolunu (və digər risk faktorlarını) yoxlamağı tövsiyə edir. Ürək-damar xəstəliyi və insult riskini müəyyən etmək üçün həkimlə məsləhətləşmək lazımdır.
 
Yalnız yaşlılarda ürək xəstəliyi olur?
 
Gənc olduğumuz zaman sağlamlığımıza daha çox diqqət yetirməliyik. Burada ürək sağlamlığa daha vacibdir. Araşdırma nəticəsində məlum olub ki, infarkt səbəbi ilə xəstəxanaya yerləşdirilən minlərlə insanın 30 faizi 35-54 yaş arasındadır. Bu uzun müddətli araşdırma, həmçinin gənclərdə ürək xəstəliyi üçün xəstəxanaya yerləşdirmələrin artdığını göstərib.
 
Mobil telefonu ürəyə yaxın tutmaq ritm pozğunluğuna səbəb olurmu?
 
Əvvəla qeyd edək ki, mobil telefonun köynək cibində saxlanmasının telefonun titrəyişləri ilə ürək döyüntüləri arasındakı rezonans səbəbindən infarkt keçirə biləcəyi fikrini təsdiqləyən elmi dəlil hazırda yoxdur. Araşdırmalar mobil telefon istifadəsi ilə infarkt riskinin artması arasında birbaşa əlaqə tapmayıb. Mobil telefonların sağlamlığa təsirlərini araşdıran tədqiqatların əksəriyyəti ürək sağlamlığından çox xərçəng riski və reproduktiv sağlamlıq kimi məsələlərə diqqət yetirir. Amma mobil telefona görə gecələr uzun müddət mavi işığa məruz qalırıqsa, mobil telefonumuza bağlı qalaraq oturarıqsa, başımızı telefondan qaldırmırıqsa, telefonumuza aludə olmuşuqsa və nə yediyimizin fərqində deyiliksə, bir çox ürək-damar xəstəliklərinə yol açmış olmuşuq.








Redaktorun seçimi