Qəzəb düşündüyümüzdən daha təhlükəlidir - XƏBƏRDARLIQ

Hit: 630
Qəzəb düşündüyümüzdən daha təhlükəlidir - XƏBƏRDARLIQ
Mütəxəssislər xroniki qəzəblə mübarizə ilə bağlı tövsiyələrini bölüşüblər.
 
Bu barədə ekspertlər ABŞ-ın aparıcı qəzetlərindən olan “Wall Street Journal”a müsahibələrində bildiriblər. Alimlər xəbərdarlıq ediblər ki, xroniki stress və qəzəb ürək, həzm sistemi və beyin xəstəliklərinə səbəb ola bilər.
 
Kolumbiya Universitetinin üzvü Daichi Shimbo tez-tez əsəbiləşən insanlarda infarkt riskinin artdığını söyləyib. Amerika Ürək Dərnəyi jurnalında dərc edilən araşdırmada D.Shimbo və komandası xroniki qəzəb və stressin damarlarda qan axınının zəiflədiyini və bunun da ürək xəstəliklərinə səbəb ola biləcəyini müəyyənləşdirib. Həmin xəbərdə qəzəbin həzm sistemində də ciddi problemlər yaratdığına diqqət çəkilib. Xroniki qəzəb problemi olan insanların bədəndə iltihabı artıracaq hormonlar ifraz etdiyi ifadə olunub.
 
Klivlend Klinikasının nümayəndəsi Stiven Lupe bildirib ki, belə vəziyyətlərdə bədənin “mübarizə və ya uçuş” reaksiyasını tənzimləyən simpatik sinir sistemi həddindən artıq aktivləşir. O deyib ki, bu, həzm sistemindəki hərəkəti ləngidə bilər və qəbizlik kimi problemlərə səbəb ola bilər.
 
İllinoys ştatının Çikaqo şəhərindəki Rush Universitetinin Tibb Mərkəzindən Coys Tam qəzəbin bilişsel funksiyaları zədələdiyinə diqqət çəkib. Bildirib ki, qəzəb stress hormonlarının ifrazına səbəb olur və bu hormonlar yüksək səviyyələrə çatarsa, beynin prefrontal korteksindəki və hipokampusdakı sinir hüceyrələrinə zərər verə bilər. Beynin ön bölgəsində yerləşən prefrontal korteks diqqəti, koqnitiv nəzarəti və emosiyaları tənzimləyir. Hipokampus yaddaş və naviqasiyada da mühüm rol oynayır. Akademik qeyd edib ki, bu bölgələrdə əsəblərin zədələnməsi nəticəsində zehnin qərar vermə funksiyaları zəifləyə, öyrənmək və yadda saxlamaq qabiliyyətinə mənfi təsir göstərə bilər.








Redaktorun seçimi