ATU-nun nevrologiya kafedrasının əməkdaşları uşaqlar üçün xeyriyyə aksiyası keçirib

Hit: 546
ATU-nun nevrologiya kafedrasının əməkdaşları uşaqlar üçün xeyriyyə aksiyası keçirib
Azərbaycan  Tibb  Universitetinin (ATU) Nevrologiya  kafedrasının  əməkdaşları  Uşaq  Nevroloqları  Assosiasiyası  ilə  birlikdə  xeyriyyə  aksiyası  keçirilib.
 
Aksiya  ATU-nun Tədris  Terapevtik  Klinikada (TTK) baş tutub. Aksiya çərçivəsində 50 uşaq müayinədən keçib. Xeyriyyə aksiyası çərçivəsində  çoxsaylı  aztəminatlı  ailələrdən  olan  uşaqlara,  eyni  zamanda  Mərdəkanda  yerləşən  2 saylı  uşaq  evi və  7 saylı  Uşaq  Nevroloji  Sanatoriyasından  olan  uşaqlara həkim baxışı aparılıb.
 
ATU-nun Nevrologiya kafedrasının  müdiri, professor Aytən Məmmədbəyli belə  aksiyaların  tez-tez  keçirilməsi  tərəfində olduqlaırnı bildirdi: “Bu tip aksiyalara universitet rəhbərliyimiz də, klinikamız da daim dəstəkdir. Onu da qeyd edim ki, uşaqlarımız üçün nəzərdə tutulan növbəti  aksiyamızı,  pediatr  və  psixiatrlarla  birlikdə  keçirməyi planlayırıq”.








Redaktorun seçimi