Bu meyvələr demensiyadan qoruyur

Hit: 471
Bu meyvələr demensiyadan qoruyur
ABŞ-dəki Cincinnati universiteti tərəfindən çiyələk və qaragilə ilə bağlı araşdırma aparılıb.
 
Axşam.az xəbər verir ki, hər iki giləmeyvənin demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir ad) qoruduğu bəlli olub.
 
12 həftəlik araşdırma zamanı yüngül idrak pozğunluğu olan 30 şəxs arasında müşahidə aparılıb. 50-65 yaş arası iştirakçıların yarısına gündə çiyələk və qaragilə verilib. İştirakçıların uzunmüddətli yaddaşı, əhval-ruhiyyəsi və metabolik sağlamlığı izlənilib. Çiyələk və qaragilə yeyənlərin yaddaşında güclənmə olduğu, daha çox söz əzbərlədiyi bildirilib.
 
Təcrübə aparılan şəxslər arasında depressiya meyilliyi azalıb.








Redaktorun seçimi