ATU ilə Səmərqənd Tibb Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

Hit: 525
ATU ilə Səmərqənd Tibb Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
Azərbaycan Tibb Universitetinin Özbəkistanın Səmərqənd Tibb Universiteti ilə əlaqələri növbəti mərhələyə qədəm qoyub. Bu gün iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair memorandumu imzalanıb.
 
 İmzalanma mərasimində ATU rektoru, professor Gəray Gəraybəyli çıxış edərək iki ali məktəb arasında münasibətlərin daha çox illik tarixə əsaslandığını bildirib. O, indiyədək universitetlər arasında qarşılıqlı səfərlər, birgə layihələrin olduğunu, ötən il ATU-nun tələbələrinin IV Beynəlxalq “Səmərqənd-2020” Olimpiadasında uğur qazandığını xatırladıb. Rektor professor G.Gəraybəyli sazişin imzalanmasından sonra əməkdaşlıq əlaqələrinin daha da güclənəcəyi, iki universitetin müştərək beynəlxalq proqramlarda iştirakının təmin olunacağını qeyd edib.
 
 Səmərqənd Tibb Universitetinin rektoru professor Jasur Rizayev  yeni imzalanmış memorandumun iki universitet arasında hərtərəfli əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb. O, qarşılıqlı əməkdaşlığın tələbə və müəllim mübadiləsi ilə yanaşı, mövcud təcrübənin paylaşılması, ikili idiplomların reallaşmasına da aid olacağını bildirib.
 
 ATU ilə Özbəkistanın Səmərqənd Tibb Universiteti arasında  memorandum elmi mübadilə ilə yanaşı, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur.








Redaktorun seçimi