Ən faydalı tərəvəz budur - Həkim açıqladı

Hit: 230
Ən faydalı tərəvəz budur - Həkim açıqladı
Həkim ən faydalı tərəvəzi açıqlayıb.
 
Brokkoli ən faydalı tərəvəzdir, çünki məhsulun 100 qramında C və K vitaminlərinin demək olar ki, bütün gündəlik tələbatı var.
 
Bu sözləri qastroenteroloq Daria Utyumova bildirib. Bu tərəvəz həm də antioksidant və orqanizmdə vasitəçilərin sintezinin tənzimləyicisi olduğu üçün stresə qarşı müqavimətin formalaşmasında iştirak edir. Antioksidant xüsusiyyətlərinə görə C vitamini də immun sistemimizin yaxşı işləməsinə kömək edir.
 
"Bütün bunlara əlavə olaraq, brokkolinin tərkibində bədəni doyurmağa və mədə-bağırsaq traktının işini yaxşılaşdırmağa kömək edən çox miqdarda lif var. Bu növ kələm gözləri və kapilyarları sağlam saxlamağa xidmət edən lutein mənbəyidir. Brokkolinin tərkibində görmə kəskinliyinə cavabdeh olan və gözlərin parlaq işığa həssaslığını artıran karotenoidlər var. Həmin maddələr yaşla birlikdə gözün tor qişasını məhv edən sərbəst radikalların təsirini neytrallaşdırmağa kömək edir", - həkim "Gazeta"ya müsahibəsində bildirib. /Publika.az








Redaktorun seçimi