Yeni Klinikada Kistoz Fibroz Günü əlaqədar tədbir keçirilib

Hit: 411
Yeni Klinikada Kistoz Fibroz Günü əlaqədar tədbir keçirilib
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada 12 Mart - Kistoz Fibroz Günü ilə əlaqədar olaraq “Kistoz Fibroz müalicədə yeniliklər” mövzüsunda tədbir keçirilib.  
“Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri, Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyev, KİFYİB-nin rəhbəri Səadət Bayramova, Marmara Universiteti Pendik EAH-ın uşaq ağciyər xəstəlikləri şöbəsinin həmçinin Selim Çöremen adına “Kistik Fibrozis Teşhis ve Tedavi” mərkəzinin rəhbəri Prof.Dr. Bülent Karadağ və başqaları iştirak edib. 
 
Kistoz fibroz (kistik fibrozis) xəstəliyinə fərqindəliyi artırmaq məqsədilə təşkil olunan tədbirdə xəstəliyin müalicəsi və ağciyər infeksiyon ağırlaşmalarına yanaşma mövzuları müzakirə olunub. 








Redaktorun seçimi