80 yaşında insanlarda 10 nəfərdən birində qlaukomaya rast gəlirik - Oftalmoloq

Hit: 448
80 yaşında insanlarda 10 nəfərdən birində qlaukomaya rast gəlirik - Oftalmoloq
Normada göz təzyiqi 12-20 millimetr civə sütunu arası olmalıdır. Həmin normadan aşağı və yuxarı olanda gözdə müəyyən narahatlıqlar yaranır.
 
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Cəmil Həsənov deyib.
 
Onun sözlərinə görə, bu təzyiq gözdaxili maye hesabına yaranır:“Kirpikli cisim mayeni ifraz edir. Xüsusi fizioloji yollarla göz mayesi damar vasitəsilə axır, bununla da daimi balans saxlanılır. Balans olanda gözün normal təzyiqi 12-20 millimetr civə sütunu olur”.
 
Oftalmoloq qeyd edib ki, 50-55 yaşdan yuxarı insanlarda mayenin çıxış yolları azalmağa başlayır: “Bu zaman gözün ön kamerasında fizioloji yollarda xüsusi bioloji şərti olaraq adlandırdığımız “filtr” var. Yaş artdıqca həmin “filtr” yavaş-yavaş tutulur və mayenin axınına maneələr yaranır. Mayenin axını fizioloji yolla azalandan sonra gözdaxili təzyiq artır. Əgər 50 yaşlı adamlarda 200 nəfərdən birində qlaukomaya rast gəlinirsə, 80 yaşında 10 nəfərdən birində həmin halla qarşılaşırıq”.








Redaktorun seçimi