Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında - metal lövhə ilə ostesintez cərrahi əməliyyatı olunub

Hit: 740
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında - metal lövhə ilə ostesintez cərrahi əməliyyatı olunub
Pasiyent Arzuman Dadaşov ayağında sınıq şikayətilə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib.
 
Pasiyent həkim-cərrah İlqar İsmayılov tərəfindən laborator, diaqnostik müayinələrdən keçirilib və xəstəyə sağ baldır sümüklərinin qapalı yerini dəyişmiş qəlpəli sınığı diaqnozu qoyulub. Xəstə 19.02.2024-cü il tarixində həkim-cərrahlar İlqar İsmayılov və Ziya Şəmmədli tərəfindən metal lövhə ilə ostesintez cərrahi əməliyyatı olunub. 2 saat davam edən əməliyyat uğurla başa çatıb. Hazırda xəstənin vəziyyəti stabildir.
 
Pasiyentin ailəsi oğullarına göstərilən diqqət və qayğıya görə xəstəxananın rəhbərliyinə, Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli, həkim-cərrahlar İlqar İsmayılov, Ziya Şəmmədli və xəstəxananın əməkdaşlarına təşəkkürünü bildirib.








Redaktorun seçimi