“İnfeksion xəstəliklər, antibiotiklərə rezistentlik və sepsis” - FOTOLAR

Hit: 610
“İnfeksion xəstəliklər, antibiotiklərə rezistentlik və sepsis” - FOTOLAR
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəsətəxanasının Referans Klinik Laboratoriya Mərkəzinin birgə təşkilatçılığı ilə “İnfeksion xəstəliklər, antibiotiklərə rezistentlik və sepsis” mövzusunda elmi seminar keçirilib. 
 
Seminarda açılış nitqi ilə çıxış edən Respublika Klinik Xəstəxanasının baş həkimi Sərdar Əsədov bildirib ki: “Seminarın keçirilməsində əsas məqsədin müəssisələrdə çalışan həkim-reanimatoloq, infeksionist və laborantlar üçün müasir laborator diaqnostikanın yenilikləri haqqında məlumatların təqdim etmək olduğunu, bu xəstəliklərin törətdiyi fəsadlar, onlardan qorunmağın yolları və onların ilkin əlamətləri, epidemiologiyası, yoluxma yolları, patogenezi, müalicəsi və profilaktikası haqqında məlumat verib”.
 
Daha sonra çıxış edən Referans Medical Group, Dövlət xəstəxanaları ilə İTS şöbəsinin rəhbəri Sevinc Gülmalıyeva vurğulayıb ki: “Ümumilikdə hava-damcı yolu ilə ötürülən xəstəliklərin yoluxdurma mexanizmlərini, xəstələnən zaman özlərinin və ətrafdakı insanların təhlükəsizliyinin təmin edilməsini və müalicə prosesində müalicəyə bağlılığın həm özlərinin, həm də ətrafdakıların sağlamlığının qorunmasında  əhəmiyyətli rol oynayır”.
 
Seminarda digər məruzəçilərin, Elin Əliyevin “İnfeksiyon xəstəliklərin molekulyar diaqnostik metodların əhəmiyyəti ”, Ceyran Hacıyevanın “Klinik - mikrobioloji laboratoriyada preanalitik xətalar”, Həyat Əliyevanın “İnfeksion xəstəliklərin mikrobioloji diaqnostikası”, Leyla Həşimovanın “Antibiotik davamlılıqla mübarizədə mikrobioloji diaqnostikanın rolu” , Ayşəm Rzayevanın “Xəstəxana daxili infeksiyalarda infeksion nəzarət” və Arzu İbişovanın “İnfeksion xəstəliklərin patoloji diaqnostika üsulları ilə təyini” mövzuları ilə bağlı çıxışları dinlənilib.
1
1
1
1








Redaktorun seçimi