Liv Bona Dea Hospital və AFFA arasında sponsorluq müqaviləsi imzalanıb

Hit: 440
Liv Bona Dea Hospital və AFFA arasında sponsorluq müqaviləsi imzalanıb
Liv Bona Dea Hospital və AFFA arasında sponsorluq müqaviləsi imzalanıb. 
 
Müqaviləni AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Liv Bona Dea Hospitalın” ın baş direktoru Taner Özbek imzalayıblar. 
 
Sponsorluq müqaviləsinə əsasən, “Dalğa Arena” bundan sonra 4 il ərzində “Liv Bona Dea Arena” adlandırılacaq. Həmçinin Azərbaycan Premyer Liqası oyunlarında “Liv Bona Dea Hospital” tərəfindən tibbi dəstək veriləcək.
 
AFFA-nın prezidenti R.Abdullayev tədbir iştirakçılarına Azərbaycan futbol ailəsinə olan marağın sevindirici hal olduğunu deyib. “Liv Bona Dea Hospital” rəhbərliyinə ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə minnətdarlıq edib. 
 
“Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek futbolun həm Türkiyədə həm də Azərbaycanda sevilən idman növü olduğunu söyləyib. Ölkə futbolunun inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən T.Özbek hospital olaraq sosial məsuliyyət çərçivəsində futbola yatırım etməkdən məmnunluq hissi duyduqlarını qeyd edib.

 









Redaktorun seçimi