Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanada - UĞURLU ƏMƏLİYYAT!

14 yaşlı pasiyent (qadın cinsli) 3 gündür olan qəbizlik, iştahasızlıq, yaşıl rəngdə qusma, qarında ağrılar şikayətilə Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.
Pasiyent uzman həkim, uşaq cərrahı Anar Cəfərov tərəfindən laborator, diaqnostik müayinələrdən keçirilib və xəstəyə bağırsaq keçməzliyi diaqnozu qoyulub. Uzman həkim tərəfindən xəstə üzərində cərrahi əməliyyat həyata keçirilib. 2 saat davam edən əməliyyat uğurla başa çatıb. Hazırda xəstənin vəziyyəti stabildir.
Pasiyentin ailəsi tibb müəssisəsinin rəhbərliyinə, əməkdaşlarına təşəkkürünü bildirib.


