"Sizin Təbibiniz" layihəsinin eksklüziv qonağı Barat Yusubov olacaq - ANONS

Fevralın 27-də saat 16:00-da "Sizin Təbibiniz" layihəsinin eksklüziv qonağı Yeni Klinikanın direktoru Barat Yusubov olacaq.
Layihənin xüsusu buraxılışı ənənəvi buraxılışlardan fərqli olaraq “Facebook” və “İnstagram” sosial hesablarımızdan canlı yayımlanacaq.
Barat Yusubov Yeni Klinikada təqdim olunan xidmətlərlə bağlı suallarınızı, irad və təkliflərinizi canlı yayımda tam şəffaf şəkildə cavablandıracaq. Sual, təklif və iradlarınızı bu postun və ya canlı yayım zamanı müsahibənin şərh bölməsinə qeyd edə bilərsiniz.
Verilişimizin formatına uyğun olaraq qonaqlarımızın ismarışı da var.
Barat Yusubov: "Biz komanda olaraq vətəndaşa əqidəli xidmət üçün yola çıxdıq. Odur ki, cavab verə bilməyəcəyimiz sual yoxdur!"


