“Qadın sağlamlığında Fitnesin əhəmiyyəti” adlı seminar təşkil olunacaq

Hit: 392
“Qadın sağlamlığında Fitnesin əhəmiyyəti” adlı seminar təşkil olunacaq
18 fevral 2024-cü il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB-nin, Azərbaycan Autizm Assosiasiyası, Reform Fitnes Mərkəzinin, Eco Product şirkətinin dəstəyi və INBA Qlobal Avrasiya, lNBA Qlobal Azərbaycan və GFHC Fitnes Akademiyasının təşkilatçılığı, həmçinin “Inclusıve Organızatıon Team”-in sosial tərəfdaşlığı ilə yalnız xanımlar üçün “Qadın sağlamlığında Fitnesin əhəmiyyəti” adlı  seminar keçiriləcək.
 
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən  seminarda  şəhid  ailələrinin gənc xanım üzvləri, irsi qan xəstəliyindən əziyyət çəkən, Autizimli və Daun sindiromlu uşaqların valideyinlərinində iştirakı nəzərdə tutulub. Seminarın keçirilməsində başlıca səbəb insanların asudə vaxtlarının idmana cəlb olunmasına dəstək olmaqdır.
 
Seminarın təlimçisi INBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası, beynəlxalq dərəcəli məşqçi, beynəlxalq dərəcəli hakim, qidalanma və qida əlavələri üzrə mütəxəssis Elnur Şıxəliyevdir.
 
Seminarda qadın sağlamlığının mövcud vəziyyəti, hormonlar və çəki nəzarəti,  kardiorespirator təlimlər, müqavimət  və elastiklik təlimləri, həmçinin  qidalanma  təlimatları adlı mövzulardan bəhs olunacaq.
 
Xanımlar üçün nəzərdə tutulmuş seminar tam olaraq ödənişsiz həyata keçirilir.
Əhməd Rəcəbli 40 b
+99450-201-74-74
 
 
 
 
 
 
 
 
 








Redaktorun seçimi