TƏBİB işçi axtarır!

Hit: 441
TƏBİB işçi axtarır!

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika İctimaiyyətlə əlaqələr şöbəsinə Beynəlxalq əlaqələr üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Görüləcək işlər:
Beynəlxalq əlaqələr üzrə yazışmaların, danışıqların aparılması, işgüzar görüşlərin təşkili və nəticələrə əsasən hesabatların hazırlanması kimi vəzifə öhdəliklərini həyata keçirmək;
Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması;
Xarici dillərdə daxil olan məlumatları tərcümə etmək və müvafiq qaydada rəhbərliyə təqdim etmək;
Xarici dillərdə təqdimatların hazırlanması.
 
Bizim üçün uyğun namizəd:
Ali təhsil, sahə üzrə minimum 1 il iş təcrübəsi;
Dil bilikləri: ingilis dili əsas, rus dili arzu olunandır;
Kompüter bilikləri: MS Word, MS Excel, MS Outlook, MS Visio, MS Project, MS Powerpoint, Aİ, Project – yaxşı;
Komandada işləmə bacarığı;
İntizamlılıq;
Təşkilatçılıq bacarıqları.
 
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00
 
Müraciət qaydası:
CV [email protected] ünvanına göndərilməlidir;
Mövzu sətrində “İctimaiyyətlə əlaqələr şöbəsi - Beynəlxalq əlaqələr üzrə mütəxəssis” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir.
 
İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.








Redaktorun seçimi