Ölümcül Alyaska çiçəyi - Alyaskapoks virusu

Hit: 386
Ölümcül Alyaska çiçəyi - Alyaskapoks virusu
Alyaskapoks heyvanlara və insanlara yoluxaraq, dəridə lezyonlara və ya çiçək xəstəliyinə səbəb olan virus növüdür.
 
AZƏRTAC Apnews saytına istinadla xəbər verir ki, Alyaskapoks ilk dəfə 2015-ci ildə Alyaskanın Fairbanks yaxınlığında yaşayan bir qadında aşkarlanıb. Səhiyyə rəsmiləri bildirirlər ki, əsasən kiçik məməlilər, o cümlədən siçanlar, itlər və pişiklər kimi ev heyvanları da virusu daşıya bilər.
 
Alyaskapoksun əlamətlərinə dəridə bir və ya bir neçə lezyon, həmçinin oynaq və ya əzələ ağrısı, şişkin limfa düyünləri aiddir. Yüksək immunitetli xəstələrdə virus bir neçə həftədən sonra öz-özünə yox olur. Ancaq immun sistemi zəif olan insanlarda daha ağır fəsadlar verərək hətta ölümə belə səbəb ola bilir.
 
Həkimlər Alyaskapoksun yoluxmuş heyvanlarla təmas yolu ilə yayıldığını, virusun yaratdığı lezyonun üzərinə sarğı qoymaqla, onun bir insandan digərinə keçməsinin qarşısını almağın mümkün olduğunu bildirib.
 
Xatırladaq ki, bu xəstəlikdən ilk ölüm halı ABŞ-ın Kenai yarımadasında baş verib. Açıqlamada ölən şəxsin xərçəng xəstəliyindən müalicə aldığı və dərmanlara görə immun sisteminin zəiflədiyi qeyd olunub. Alyaskapoks virusu ona sahibsiz pişikdən keçib.
 
Məlumatda o da qeyd edilir ki, yoluxmamağın ən yaxşı yolu məsafə saxlamaq, əlləri mütəmadi yumaq, ev heyvanlarını vəhşi təbiət heyvanlarından uzaq tutmaqdır.








Redaktorun seçimi