Fizuli Abışov Təcili Tibbi Yardım şöbəsinin rəisi təyin olunub

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım həkimi Fizuli Abışov Təcili Tibbi Yardım şöbəsiin rəisi təyin olunub. Bununla bağlı 8 dekabr 2023-cü il tarixində keçirilən toplantıda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Təcili tibbi yardım şöbəsinin rəisi Fizuli Abışovu yeni təyinatı münasibətilə təbrik edib, təcili tibbi yardım işinin təkmilləşdirilməsi istiqamətində tövsiyələrini bildirib.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva və təcili yardım həkimi Leyla Fətullayeva iştirak ediblər. Tədbir iştirakçıları Dr.Fizuli Abışovu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Fizuli həkim Təcili Tibbi Yardım şöbəsinin kollektivinə şöbənin rəisi kimi təqdim edilib.
Qeyd edək ki, Dr. Füzuli Abışov 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2020-ci ildən Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda anesteziologiya-reanimatologiya ixtisası üzrə təkmilləşdirmə kursları keçib. Füzuli həkim 2008-2021-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssislərində fəaliyyət göstərib.
2019-cu ildə 3 ay müddətində Almaniya Federativ Respublikasının Küps şəhərində keçirilən “Deutsch B2 Medizin”, 2021-ci ildə 3 ay müddətində Bakı şəhərində keçirilən “Basic Offshore Safety İnduction and Emergency Training (İncluding EBS)” və digər təlimlərdə iştirak edib. Füzuli həkim İkinci Qarabağ müharibəsi veteranıdır. “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Dr.Fizuli Abışovu Mərkəzi Gömrük Hospitalında Təcili Tibbi Yardım şöbəsinin rəisi kimi fəaliyyətə başlaması münasibətlə təbrik edir və ona işlərində nailiyyətlər dilərik!


