Dr.Nabil Seyidov “Kardiogen şokla ağırlaşmış kəskin miokard infarktının menecmenti” mövzusunda təqdimatla çıxış edib
Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov 8 dekabr 2023-cü il tarixində “Kardiogen şokla ağırlaşmış kəskin miokard infarktının menecmenti” mövzusunda təqdimatla çıxış edib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının həkimləri, kardioloqları, rezident-həkimləri, tibb tələbələri iştirak ediblər.
Dr.Nabil Seyidov çıxışında orqanların həyati təhlükəli hipoperfuziyası və hipoksiyası ilə nəticələnən kardiogen şok, Kardio-KVC reanimasiya şöbələrinə hospitalizasiya səbəbləri, reanimasiyada tələb olunan müdaxilələr və xəstələrin monitorinqi ilə bağlı ehtiyaclar barədə ətraflı məlumat verib. Həmçinin, Nabil həkim Hospitalizasiya olunanlar arasında KŞ-un rast gəlmə tezliyi statistikasından danışıb.
Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalında artıq ənənəvi olan həftəlik və aylıq seminarlar, təlim kursları və kiçik konfranslar mütəmadi olaraq təşkil edilir. Həmin tədbirlərdən həm həkimlər, həm də həkim-rezidentlər, tələbələr və tibb bacı və qardaşları da daim bəhrələnir. Təcrübəli həkimlər tərəfindən keçirilən seminarlarla yanaşı, həkim-rezidentlər də müxtəlif aktual mövzular üzrə təqdimatlarla çıxış edir, maraqlı müzakirələrə qatılır.