Yeni Klinikada 4 aylıq körpə xilas edildi

Hit: 547
Yeni Klinikada 4 aylıq körpə xilas edildi
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Uşaq Reanimasiya və İntensiv terapiya (PİCU) şöbəsinə ilk müraciət qeydə alınıb.
 
Belə ki, ishal, yüksək  temperatur şikayətləri ilə Uşaq təcili tibbi yardım şöbəsinə təcili tibbi yardım avtomobili ilə gətirilən 4 aylıq körpə müayinə olunduqdan dərhal sonra Uşaq Reanimasiya və İntensiv terapiya (PİCU) şöbəsinə yerləşdirilib.
 
Ağır septiki vəziyyətdə qəbul edilən xəstədə dərin süstlük, dehidratasiya, qızdırma, ürək döyüntülərinin artması, dəri rənginin solğunluğu müşahidə edilib. İnfeksion laborator göstəriciləri olduqca yüksək olan xəstəyə sepsis, ensefalit diaqnozu qoyularaq aqressiv antibotik və antiviral terapiya müalicəsinə başlanılıb.
Bundan başqa xəstədə qaraciyərlə bağlı enzimlərin normadan 40 dəfə çox olduğu, kliniki qıcolma, epileptik status müşahidə edilib. 
Bu müddət ərzində xəstəyə ikili sedativ təsirli infuziya icra edilib və qıcolma tutmalarının sonlanması üçün medikal komaya salınaraq süni tənəffüs aparatına qoşulub. 48 saat sonra isə süni tənəffüs aparatından ayıraraq infuziyaların dozu azaldılıb.
 
Beləliklə 4 aylıq körpə Uşaq Reanimasiya və İntensiv terapiya (PİCU) şöbəsinin müdiri Müşviq Ramazanov, uşaq kardioloqu Uzm.Dr. Bəhruz Əliyev, invaziv radioloq Dr. Dursun Həsənov və Ege Hospitalın uşaq nevroloqu Uzm.Dr. Ceren Bibinoğlu Amirovun müayinə və müalicəsi ilə ağır vəziyyətdən xilas edilərək stasionar şöbəyə yatırıldıqdan sonra ambulator müalicə üçün evə yazılıb.








Redaktorun seçimi