Qızılca xəstəliyindən necə qorunmaq olar?

Hit: 574
Qızılca xəstəliyindən necə qorunmaq olar?
Qızılca viruslar tərəfindən törədilən, hava-damcı yolu vasitəsi ilə keçən xəstəlikdir. Xəstəlik, səpkilər əmələ gəlmədən öncəki üç gün və əmələ gəldikdən 4-6 gün sonrasına qədər keçiricidir.
Xəstəlik yüksək hərarət, öskürək, burun axıntısı ve konyuktivit kimi simptomlar ilə başlayar, 2-3 gün sonra qulaq arxasından başlayaraq aşağıya doğru bütün gövdə və ayaqlara qədər olan makulopapular səpkilər ilə özünü biruzə verər. Sadalanan səpkilər təxminən 7 gün sonra solmağa başlayar. 
 
Bizi narahat edən əsas məsələ xəstəliyin fəsadlaşmasıdır. Hansı ki, elmi araşdırmalar göstərir ki, bu xəstəliyə yoluxan xəstələrin 30 faizində aşağıda sadaladığım fəsadlaşmalar ola bilər.
 
Kəskin otit, bakteriyal pnevmoniya ( ən sıx ölüm səbəbidir).
 
Laringit, traxeit, bronxiyolit kimi yuxarı və aşağı tənəffüs yollarını kəskin tıxayan, həyatı təhdid edən vəziyyətlərə yol açabilən xəstəliklər.
 
Ensefalit( beyin qabığının kəskin iltihabı).
 
SSPE ( Subakut Sklerozlaşan Panensefalit )- Bu xəstəlik qızılca keçirildikdən illər sonra belə meydana gələ bilən nadir və ölümcül nevroloji xəstəlikdir.
Xəstəlikdən qorunmanın ən uyğun və məqsədəuyğun yolu uşaqlarımızın vaxtında peyvənd olunmasıdır.
Əsas məqsədimiz peyvəndlə xəstəliklərin qarşısını almaq, övladlarımızı xəstəlik fəsadlarından qorumaqdır.








Redaktorun seçimi