Respublika Klinik Xəstəxanasının direktoru onları mükafatlandırdı - FOTOLAR

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov tərəfindən göstərdikləri xidmətlərə görə fərqlənən Hematologiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mina Adıgözəlova, Hematologiya şöbəsinin həkimi Vüqar Şirzadov, Anesteziologiya - reanimasiya intensiv terapiya şöbəsinin müdiri Könül Namazova , uzman həkim-anestezioloq-reanimatoloq Türkan Nəbiyeva , anestezioloq-reanimatoloq Rasim Nəsibov, Anesteziologiya - reanimasiya intensiv terapiya şöbəsinin böyük tibb bacısı Elnarə Ağalarova, Təhlükəsizlik xidmətinin rəisi Xəyal Qurbanov və Hematologiya şöbəsinin baş tibb bacısı Fatma Dəmirçiyevaya “Təşəkkürnamə” təqdim edilib.


