Respublika Klinik Xəstəxanası vakansiya elan edib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası anestezioloq-reanimatoloq vəzifəsi üzrə vakant yer elan edir.
Namizəd üçün tələblər:
• Aidiyyəti istiqamət üzrə ali tibbi təhsil və rezidentura təhsili,
• Müvafiq sahə üzrə rezidenturadan sonra 3 il iş təcrübəsi,
• Yaş həddi - 50 yaşa qədər
Əməkhaqqı:
Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Müraciət qaydası:
CV və aşağıda qeyd olunan sənədlərin nüsxələrini [email protected] ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını və iş yerini (məsələn:Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası–həkim-anestezioloq-reanimatoloq) qeyd edərək müraciət edə bilərsiniz.
Tələb olunan sənədlər:
Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla)
Son müraciət tarixi: 28.12.2023
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.