ATU-da daha bir uğurlu əməliyyat

Hit: 290
ATU-da daha bir uğurlu əməliyyat
ATU-nun Nevrologiya kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərovun daha bir əməliyyatı uğurla nəticələnib.
 
Belə ki, klinikaya baş ağrıları, qıcolma tutmaları şikayəti ilə müraciət edən pasiyentin mikroskopik müayinəsi aparılıb və ona təpə nahiyəsinin ekstraserebral şişi diaqnozu qoyulub. Xəstənin baş beyin şişi əməliyyat olunub.
 
Cərrahın sözlərinə görə, şiş hərəkət zonasına nisbətən yaxın olduğundan, müəyyən mənada riskli əməliyyat sayılır. Lakin buna baxmayaraq, ətraf beyin toxumasına zərər vurmadan şiş total şəkildə xaric edilib, heç bir nevroloji problem yaranmayıb. Ortalama 2 saatdan çox çəkən əməliyyatdan sonra xəstədə özünü büruzə verən baş ağrıları, qıcolma əlamətləri aradan qalxıb.
 
Eyni zamanda əməliyyat damarlarla zəngin zonada aparıldığına görə beyin qanaması riski də ola bilərdi. Amma əməliyyatın gedişində belə bir təhlükə yaranmayıb və əlavə qan köçürülməsinə ehtiyac qalmayıb. Əməliyyatdan sonra hərəkət defisiti də baş verməyib.








Redaktorun seçimi