Dr.Nabil Seyidov “2023-cü ildə LİPİD pozuntularının müalicəsi” mövzusunda təqdimatla çıxış edib - FOTOLAR

Hit: 454
Dr.Nabil Seyidov “2023-cü ildə LİPİD pozuntularının müalicəsi” mövzusunda təqdimatla çıxış edib - FOTOLAR
Mərkəzi Gömrük Hospitalının Konfrans zalında əyani və zoom vasitəsilə Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov “2023-cü ildə LİPİD pozuntularının müalicəsi” mövzusunda təqdimatla çıxış edib. “Novartis” şirkətinin elmi dəstəyi ilə tədbirdə həm hospitalın əməkdaşları, həm də digər tibb müəssisələrində çalışan tibb mütəxəssisləri, o cümlədən həkim-rezidentlər və tələbələr iştirak ediblər.
 
Dr.Nabil Seyidov lipid pozuntularının çox aktual və dərin bir mövzu olduğunu deyərək, bildirib ki, son vaxtlar ürək-damar xəstəliklərinin yükünün, eyni zamanda ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarının artdığı üçün onların risk faktorlarının azaldılması tibb işçiləri üçün çox önəmlidir. Burada əsas məqsəd lipidlərin, xolesterinin səviyyəsinin azaldılması ilə vaxtından əvvəl ölümlərin sayının azaldılması, bununla da Azərbaycan əhalisinin sağlamlaşdırılmasıdır. 
 
O, qeyd edib ki, 2023-cü il tamamlanmaq üzrədir, amma dislipidemiyaların diaqnostikası və müalicəsi növbəti illər ərzində kardiologiyanın və ÜDX-nin profilaktikası və müalicəsi ilə məşğul olan digər sahələr üçün prioritet təşkil edəcəkdir. Artıq həkimlərin arsenalında lipid pozuntularının müalicəsi üçün daha geniş imkanlar var. 
Dr.Nabil Seyidov təqdimatda ürək-damar xəstəliklərinin qlobal yükü, lipid pozuntuları, anti-lipid preparatların təsiri və bu preparatlarla müalicə, yenidoğulmuşlarda xolesterinin səviyyəsi və s. barədə geniş məlumat verib.
1
1
1
1
1








Redaktorun seçimi