Gömrük Hospitalının həkimi Avstriyada beynəlxalq konfransda iştirak edir

Hit: 549
Gömrük Hospitalının həkimi Avstriyada beynəlxalq konfransda iştirak edir
23 -25 noyabr 2023-cü il tarixlərində Avstriyanın Vyana şəhərində “31-ci Obstetrik ginekologiya və sonsuzluqla bağlı yeniliklər” mövzusunda beynəlxalq konfrans keçirilir.
 
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Dr.Nərmin Muradova konfransda iştirak edir.
 
Tədbirə dünyanın qabaqcıl tibb müəssisələrinin yüksəkixtisaslı mütəxəssisləri də qatılıblar.Konfransın proqramına daxil edilmiş elmi məruzələr tədbir iştirakçılarına unikal öyrənmə imkanı verməklə, mamalıq, ginekologiya sahəsində ən müasir və innovativ elmi və klinik nailiyyətlər haqqında geniş məlumat mübadiləsini təmin edəcək. Konfrans çərçivəsində mühüm və aktual mövzularda maraqlı müzakirələr aparılır.








Redaktorun seçimi