"Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres ümumilikdə 25 DTT balı ilə qiymətləndirilib

Hit: 442
"Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres ümumilikdə 25 DTT balı ilə qiymətləndirilib
27-28 noyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, “Humana” və “World Medicine” şirkətlərinin dəstəyi ilə həyata keçiriləcək Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq ümumilikdə 25 DTT balı ilə qiymətləndirilib.
 
Konqres çərçivəsində 27 noyabr tarixində keçiriləcək “Müasir mama-ginekologiyanin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans 7 DTT, 28 noyabr tarixində keçiriləcək “Neonatologiya və pediatriyada yeniliklər” mövzusunda Beynəlxalq Elmi Konfrans 8 DTT ilə qiymətləndirilib. O cümlədən Konqres çərçivəsində Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən həyata keçiriləcək "Doğum zalında neonatal reanimasiya" və "Kolposkopiya" kursu 5 DTT balına layiq görülüb.
 
Konqres günləri əyani olaraq saat 9:00-dan 18:00-dək Bakı şəhərində Badamdar Oteldə, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcəkdir.
Kurslar isə yalnız əyani iştirak əsasında Mərkəzi Gömrük Hospitalında göstərilən tarixlərdə saat 14:00-dan18:00-dək həyata keçiriləcək.
 
Konqresdə və kurslarda iştirak ödənişsizdir.
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir.
 
Proqramla tanış olmaq üçün link: https://customshospital.az/mt-content/uploads/2023/11/proqram_655da05571017.pdf
Konqres üçün qeydiyyat linki: https://forms.gle/6Mp9JV7DxqTrgxb28
Kurslar üçün qeydiyyat linki: https://forms.gle/XRz5n1UsTL21XorT8








Redaktorun seçimi