Pərvin Əkbərov “Cənubi Qafqazın regional eksperti” seçildi

Hit: 495
Pərvin Əkbərov “Cənubi Qafqazın regional eksperti” seçildi
Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri PhD.Dr. Pərvin Əkbərov Almaniyanın Düsseldorf şəhərində təşkil olunan “MEDICA-2023” sərgisində iştirak edib.
Dünyanın ən böyük tibbi sərgilərindən olan “MEDİCA-2023”-ə 70-ə yaxın ölkədən 5000-dən çox iştirakçı qatılıb. Sərgidə tibbi görüntüləmə, laboratoriya texnologiyası, diaqnostika, mobil sağlamlıq, həmçinin fizioterapiya və ortopediya texnologiya və tibbi istehlak materialları sahələrindən geniş çeşiddə innovativ məhsul və xidmətlər təqdim olunub.
 
“Asalaser” şirkətinin 40 illiyi münasibəti ilə sərgidə təşkil olunan tədbirdə iştirak edən Dr. Pərvin Əkbərov regionda lazer terapiyasının geniş istifadəsində göstərdiyi səylərə görə İtaliya şirkəti tərəfindən “Cənubi Qafqaz üzrə regional ekspert” seçilib.
 
Patentləşdirilmiş “Hilterapia” (yüksək intensivlikli lazer terapiyası) texnologiyasının istifadəçisi olan Dr. Pərvin Əkbərov uzun müddətdir total diz və bud-çanaq artroplastikasından sonra yüksək intensivlikli lazer terapiyasının təsirlərini araşdırır. Araşdırmanın əsas məqsədi əməliyyat sonrası ağrıların yaxşılaşdırılmasında “Hilterapia”nın effektivliyini sübut etməkdən ibarətdir.
Qeyd edək ki, “Asalaser” 1983-cü ildən lazer terapiya və maqnitoterapiya cihaz istehsalçıları arasında öndə gedən və sabahın səhiyyəsinin inkişafına fəal dəstək verən şirkətdir.
Dünya səviyyəli forumlar, mühazirələr və xüsusi şouları əhatə edən “MEDICA-2023” sərgisi yeni məhsulların təqdimatı və mükafatlandırma mərasimi ilə yekunlaşıb.








Redaktorun seçimi