Beynəlxalq təcrübə mübadiləsi aparılıb - FOTOLAR

Hit: 336
Beynəlxalq təcrübə mübadiləsi aparılıb - FOTOLAR

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndələri Antimikrob Rezistentliyinin qarşısının alınması mövzusunda Beynəlxalq Konfransda iştirak ediblər

21 - 23 Noyabr 2023-cü il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Antimikrob Rezistentliyinin qarşısının alınması mövzusunda Beynəlxalq Konfrans həyata keçirilib. Konfransda ölkə ərazisində infeksiyaların profilaktikasına dair aparılan tədbirlər müzakirə olunub, beynəlxalq təcrübə mübadiləsi aparılıb.
 
Konfransda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım və İsmayıl Əfəndiyev və Sanitar Karantin Xidmətinin nümayəndələri iştirak ediblər. Konfransda açılış nitqi ilə yerli və xarici ölkələrin nümayəndələri çıxış edib.
 
Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələri tərəfindən ölkə ərazisində aparılan profilaktik tədbirlər barədə məruzə edilib. 
 
Ölkə sərhədində aparılan profilaktik tədbirlər barədə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Mirqasım Şahlar geniş təqdimatla çıxış edib. Təqdimatda Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidməti tərəfindən aparılan tədbirlər, pandemiya zamanı və həmçinin son dövrlərdə görülmüş işlər, qurumlararası əməkdaşlıq, gömrük sərhəd buraxılış məntəqələrində aparılan əks-epidemik tədbirlər, sanitar-maarifləndirici işin aparılması, eyni zamanda sərhəddə ilk tibbi yardım təlimlərinin təşkili ilə bağlı məlumatlar geniş əksini tapmışdır. 
Rəis müavini Şahlar Mirqasım Beynəlxalq platformadan istifadə edərək, Dövlət Gömrük Komitəsində aparılan genişmiqyaslı islahatlar, habelə “Gömrük İNKİŞAF modeli” barəsində tədbir iştirakçılarına məlumat verib. Çıxışının sonunda Şahlar Mirqasım Tibbi Xidmət İdarəsinin Dövlət Gömrük Komitəsinin komandasının bir üzvü olaraq, İNKİŞAF modelinin komponentlərini əsas tutaraq, öz fəaliyyətini təşkil etdiyini vurğulayıb.
1
1
1
1








Redaktorun seçimi